16 yanvar

Maçado Nobel sülh mükafatını Trampa təqdim edib

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ-nin paytaxtında jurnalistlərə açıqlamasında Nobel sülh mükafatı medalını Donald Trumpa təqdim etdiyini bildirib.

Onun sözlərinə görə, mərasim ABŞ Kapitoli qarşısında baş tutub. Maçado bildirib ki, bu addım Venesuela xalqının ABŞ-nin hazırkı liderinə azadlıq uğrunda mübarizəyə göstərdiyi dəstəyə görə təşəkkürünün ifadəsidir.

“Bolivar xalqı Vaşinqtonun varisinə, azadlığımıza göstərdiyi misilsiz sədaqətin tanınması üçün Nobel sülh mükafatı medalını geri qaytarır”, – deyə müxalifət lideri vurğulayıb.

Açıqlama beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub və Venesuela müxalifətinin Vaşinqtonla siyasi yaxınlığının növbəti simvolik addımı kimi dəyərləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?