15 yanvar

İran və İsrail arasında gizli razılaşma

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə bir-birinə qarşı hücum etməmək barədə qeyri-rəsmi razılığa gəlib.

Təhlil.az xəbər verir ki, bu barədə "The Washington Post" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, noyabrın sonu dekabrın əvvəlində, İranda etirazların başlamasından bir neçə gün əvvəl İsrail hakimiyyəti Rusiya kanalı ilə İran rəhbərliyinə mesaj göndərib.

Mesajda bildirilib ki, İsrail ilk olaraq hücuma məruz qalmayacağı təqdirdə İrana qarşı zərbələr endirməyəcək.

Region ölkələrinin diplomat və rəsmi şəxslərinin sözlərinə görə, Tehran da Moskva vasitəsilə cavab verərək İsrailə qarşı qabaqlayıcı hücum həyata keçirməyəcəyini bəyan edib.

Mənbələr qeyd edir ki, sözügedən razılaşma İsrailin Livanda Hizbullah hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniya hazırladığı bir dövrdə əldə olunub.

Nəşrin iki mənbəsinin bildirdiyinə görə, İran İsrailin təklifinə müsbət reaksiya versə də, Tehranda ehtiyatlı mövqe qorunub saxlanılıb. Səbəb kimi İsrailin verdiyi təminatların ABŞ-nin İsrail hərbçiləri ilə koordinasiyada İrana zərbələr endirməsi ehtimalını tam istisna etməməsi göstərilir.

Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma rəsmi sənəd formasında təsdiqlənməsə də, regionda gərginliyin azalmasına yönəlmiş qarşılıqlı mesaj mübadiləsi kimi qiymətləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?