13 yanvar

Türkiyənin nəqliyyat naziri: "Zəngəzur Dəhlizi" 2030-cu ilə qədər istifadəyə verilə bilər

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun sözlərinə görə, "Zəngəzur Dəhlizi" 2030-cu ilə qədər istifadəyə verilə bilər. Təhlil.az-ın məlumatına görə, o qeyd edib ki, Azərbaycan layihə üzərində işlərini davam etdirir.

"Naxçıvanda yarımçıq işlər var. Azərbaycan tərəfi, çox güman ki, bu il onların icrasına başlayacaq", - deyə türkiyəli nazir qeyd edib.

Uraloğlu əlavə edib ki, Türkiyə tərəfi bu il bu layihədə irəliləyiş gözləyir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?