Aİ ölkələrində yeraltı qaz anbarlarının doluluğu 55%-dən aşağı düşüb

Şəkl: Reuters
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib. Təhlil.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (GIE) məlumatına istinadla xəbər verir ki, hazırda Aİ-də qaz anbarlarının doluluğu təxminən 54,88% təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (67%) 12,12 faiz bəndi, son beş ilin orta səviyyəsindən isə 14,9 faiz bəndi aşağıdır.
Hazırda Aİ ölkələrinin yeraltı anbarlarında 60,7 milyard kubmetr qaz mövcuddur. Bildirilir ki, istilik mövsümünün əvvəlindən – ötən il oktyabrın 13-dən bəri Avropa anbarlardan təxminən 35 milyard kubmetr qaz çıxarıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqli həyata keçirilir.