10 yanvar

Berlin Bakının addımını alqışladı

Almaniya Xarici İşlər Nazirliyi Ermənistana ikinci Azərbaycan neft partiyasının çatdırılmasını alqışlayaraq, regionda ticarət münasibətlərinin normallaşdırılması üçün mühüm addımlar atıldığını qeyd edib.

Təhlil.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamenti X sosial media platformasında bəyanat yayımlayıb.

"Dünən Azərbaycandan Ermənistana daha bir neft partiyası yola düşüb ki, bu da bir aydan az müddətdə ikinci dəfədir. Regionda ticarət münasibətlərinin normallaşdırılması üçün mühüm addımların atıldığını görmək sevindiricidir", - deyə bəyanatda bildirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?