08 yanvar
Antonio Kosta: Qrenlandiya öz xalqına məxsusdur

Avropa Şurasının prezidenti Antonio Kosta bildirib ki, Avropa İttifaqı beynəlxalq hüququn pozulmasına - istər Kiprdə, istər Latın Amerikasında, istər Qrenlandiyada, istərsə də Ukraynada və ya Qəzzada - dözümlülük göstərə bilməz. Təhlil.az xəbər verir ki, o deyib:
“Qrenlandiya öz xalqına məxsusdur. Danimarka və ya Qrenlandiyanın iştirakı olmadan Danimarka və ya Qrenlandiya ilə bağlı heç bir qərar qəbul edilə bilməz. Onlar Avropa İttifaqının tam dəstəyindən və həmrəyliyindən faydalanırlar”.