07 yanvar

Tramp və Ərdoğan regional məsələləri müzakirə etdi

Yanvarın 6-da ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Təhlil.az xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Türkiyə–ABŞ ikitərəfli siyasi münasibətləri, müdafiə sahəsində əməkdaşlıq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər müzakirə edilib. Liderlər, həmçinin qarşıya qoyulan hədəf ticarət həcminə çatmaq üçün atıla biləcək əlavə addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Danışıqlarda regional və qlobal gündəmin əsas mövzuları da diqqət mərkəzində olub. Xüsusilə Qəzza zolağındakı humanitar vəziyyət, Yaxın Şərqdə davam edən gərginlik, eləcə də Venesuelada mövcud siyasi proseslər müzakirə olunan məsələlər sırasında yer alıb.

Telefon danışığı Ankara–Vaşinqton xəttində dialoqun davam etdirilməsi və regional problemlər ətrafında mövqelərin uzlaşdırılması baxımından əhəmiyyətli qiymətləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?