07 yanvar

Tramp Qrenlandiya ilə bağlı siyasətini dəyişib

Donald Tramp Qrenlandiya ilə bağlı siyasətində taktikanı dəyişib.

Təhlil.az xəbər verir ki, Danimarka rəsmilərinin fikrincə, o, Danimarka hakimiyyətini hədələməkdən imtina edərək birbaşa adanın sakinləri ilə təmasa keçib.

"Financial Times” Nəşrə danışan mənbələrdən biri bildirib: “Bəs növbəti addım nə olacaq? Biz məhz bundan narahatıq.”
Danimarka hakimiyyəti vurğulayır ki, Qrenlandiya ABŞ investisiyalarına açıqdır, lakin amerikalı iş adamları yeni formalaşan mədən sənayesinin inkişafına maraq göstərmirlər.

Aİ-dən olan yüksək rütbəli diplomatın sözlərinə görə, “Onların hələ təklif etmədiyi yeganə şey — heç vaxt təklif edə bilməyəcəkləri məsələdir: Qrenlandiyanın Amerikanın bir hissəsinə çevrilməsi”.
Başqa bir mənbə isə qeyd edib ki, ABŞ-nin Qrenlandiyanı anneksiya etməsinə ehtiyac yoxdur, çünki “istədikləri hər şeyi onsuz da əldə edə bilərlər”.

Onun fikrincə, “bu da vəziyyəti daha da müəmmalı edir.”

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?