Bu gün
“TikTok” ABŞ-dəki aktivlərini satır

ABŞ administrasiyasının tələbləri fonunda “TikTok” ölkədəki aktivlərinin bir hissəsinin yerli investorların nəzarətinə verilməsi barədə saziş imzalayıb.
Təhlil.az xəbər verir ki, məlumata görə, sövdələşmə 22 yanvar tarixində yekunlaşacaq.
Razılaşmaya əsasən, ABŞ-də “TikTok”un 45 faizi Oracle, Silver Lake və MGX şirkətlərinə məxsus olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən ilin sentyabr ayında bu sövdələşməyə icazə verən fərman imzalamışdı.
ABŞ Maliyyə Nazirliyi də prosesin başa çatmaq üzrə olduğunu təsdiqləyib.
Bu gün