07 may

Mahir Emreli "Neftçi"də!

Azərbaycan yığma komandasının üzvü Mahir Emreli “Nürnberq”dən ayrılacaq. Təhlil.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub. Yazıda Mahirin mövsüm sonunda müqaviləsini uzatmayacağı qeyd olunub.

2021-2022-ci illər mövsümündən bəri bir neçə xarici klubda legioner həyatı yaşayan sabiq “Qarabağ”lı oyunçunun karyerasını Azərbaycanda davam etdirəcəyi iddia olunur. Bəzi “Telegram” kanallarının yaydığı xəbərə görə “Neftçi” klubu Mahirlə yaxından maraqlanır. Bildirilir ki, tərəflər arasında ilkin razılaşma əldə olunub.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?