07 may

Bakı-Qəbələ-Bakı marşrutu üzrə bayram qrafiki açıqlanıb

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.

Təhlil.az Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə istinadla xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Səyahət etmək istəyənlər biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən, eləcə də vağzal və stansiya kassalarından əldə edə bilər.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?