02 dekabr

Hindistanın neft kursu dəyişdi – Rusiya payını itirir

Rusiya ixracatçılarına qarşı sanksiyaların güclənməsi fonunda Hindistan enerji mənbələrini şaxələndirməyə davam edir.

Təhlil.az xəbər verir ki, ölkə Rusiyadan neft idxalını azaldaraq Qayanadan tədarüklərə başlayıb.

Hindistan Qayanadan sonuncu dəfə 2021-ci ildə neft almışdı.

Mənbələrin məlumatına görə, Rusiya Hindistana endirimli neft təklif etsə də, Yeni Dehli tədarük marşrutlarını diversifikasiya etməyə üstünlük verir.

Artıq hər biri 2 milyon barel həcmində neft daşıyan iki tanker Qayanadan Hindistana yola düşüb.

Gəmilərin ekvatorun təxminən yarısını qət edərək yanvarın əvvəlində Hindistana çatacağı gözlənilir.

Yeni tədarük marşrutu Hindistanın enerji təhlükəsizliyi strategiyasında mühüm addım kimi qiymətləndirilir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?