05 may

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Təhlil.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir. Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?