05 may

Bakıda svetoforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırılıb

Paytaxtda velosipedçilərin rahatlığı və mikromobilliyin inkişafı daim diqqətdə saxlanılır.

Təhlil.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir ki, bu məqsədlə Mərkəz tərəfindən 24 yolayrıcında svetoforlara 53 ədəd velosiped bölmələri quraşdırılıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu svetoforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.

Bu istiqamətdə işlər davam etdirilir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?