05 may

Gəncənin xüsusi bəzədilmiş traktoru Beynəlxalq Xalça Festivalında

Gəncə avtomobil zavodu İstehsalat Birliyi mayın 3-də İçərişəhərdə, Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalında iştirak edib.

Təhlil.az xəbər verir ki, bu barədə Gəncə avtomobil zavodu İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, müəəsisədə istehsal olunan, milli ornamentlərdən ibarət xalçalarla xüsusi bəzədilən traktor hamının marağına səbəb olub.

Festivala qatılan həm yerli, həm də xarici ziyarətçilər qeyri-adı traktorla yaxından maraqlanıb, şəkillər çəkdiriblər.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, istehsalçılar, sənət adamları, xarici qonallar iştirak edirlər.

Qeyd edilib ki, Gəncə avtomobil zavodu İB-i istehsal etdikləri avtomobil və texnikalarla mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edirlər.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?