Bu gün

Xəzərin dibi ilə fiber-optik kabelin çəkilişi gələn yay başlayır

Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilişinə 2026-cı ilin yay aylarında start verilməsi planlaşdırılır.

Təhlil.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açıqlamasında məlumat verib.

Nazir müavininin sözlərinə görə, layihə üzrə işlərin 2026-cı ilin sonunadək tam yekunlaşdırılması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur:

“Xəzərin dibindən keçəcək marşrut üzrə araşdırmalar yekunlaşıb. Yaxın günlərdə layihəni icra edən şirkət tərəfindən hesabat operatorlara təqdim olunacaq. Eyni zamanda kabelin istehsalı artıq başlayıb və bu proses 2026-cı ilin yayına qədər tamamlanacaq,” – S. Əsədov bildirib.

O qeyd edib ki, Xəzərin altından çəkiləcək fiber-optik kabel region üçün böyük rəqəmsal dəhlizin əsas hissələrindən birini təşkil edəcək:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq biz layihənin operatorlarına dəstəyi davam etdiririk. Əminik ki, bu rabitə xəttinin yaradılması yaxın gələcəkdə Azərbaycanın regional İKT mərkəzinə, o cümlədən süni intellekt infrastrukturunun inkişafında mühüm hab kimi formalaşmasına ciddi töhfə verəcək,” – deyə nazir müavini vurğulayıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?