05 may
Daha 1416,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 28-dən mayın 4-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Təhlil.az ANAMA-nın məlumatına əsasən xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 19 mina və 504 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1416,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
27 iyun
27 iyun