Bakıda yollar dayanıb – Alternativ marşrut seçin!

Paytaxt Bakı bu səhər yenə də ciddi nəqliyyat sıxlığı ilə üzləşib.
Təhlil.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) açıqladığı məlumata əsasən, şəhərin bir sıra əsas arteriyalarında avtomobil tıxacları müşahidə olunur.
Hazırda hərəkət aşağıdakı istiqamətlərdə daha çox ləngiyib:
Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində avtomobillər demək olar ki, irəliləyə bilmir.
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsindən "20 Yanvar" istiqamətinə qədər nəqliyyat axını yavaşlayıb.
Tbilisi prospekti – "20 Yanvar"dan mərkəzə doğru hərəkətdə ciddi tıxac var.
Yusif Səfərov küçəsi – həm mərkəz istiqamətində, həm də Heydər Əliyev prospektinə doğru avtomobillərin hərəkəti çətinləşib.
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə sıxlıq davam edir.
Sürücülərə alternativ yollarla hərəkət etmələri və yola çıxmadan öncə real vaxt rejimində yol durumunu izləmələri tövsiyə olunur.