Bu gün

“Lukoyl” sanksiyalara görə ABŞ-yə müraciət etdi: müddətin uzadılmasını istəyir

Rusiyanın “Lukoyl” şirkəti ona qarşı tətbiq edilən sanksiyalardan sonra əməliyyatların tamamlanması üçün nəzərdə tutulmuş son müddətin uzadılması barədə ABŞ Maliyyə Nazirliyinə rəsmi müraciət edib.

Təhlil.az xəbər verir ki, şirkət müraciətində öhdəliklərin yerinə yetirilməsi və xarici aktivlərlə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi üçün əlavə vaxta ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətini yeni sanksiya paketinə daxil etmişdi.

“Lukoyl” Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə malikdir. Sanksiyalardan sonra şirkət xarici aktivlərini satmaq qərarı verib.

Müraciətin ABŞ tərəfindən necə cavablandırılacağı isə hələlik məlum deyil.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?