05 may

49 yaşlı qadın it hücumuna məruz qaldı: vəziyyəti ağırdır

Ağdamda 49 yaşlı qadına it hücum edib.

Təhlil.az məlumatına görə, rayonun Ergi qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əliyeva Vəfa Hidayət qızı ilkin olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona sol qolun bazu, said hissəsi və döş qəfəsində xəsarət diaqnozu qoyulub.

Vəziyyəti ağır qiymətləndirildiyi üçün ilkin tibbi yardım göstərildikdən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?