Bu gün

Azərbaycan BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib

7–11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın quruma üzvlüyü təsdiqlənib.

Təhlil.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti həmçinin Baş Assambleyanın 26-cı sessiyasında iştirak edib.

Tədbir çərçivəsində Agentliyin sədri Fuad Nağıyev Braziliyanın turizm rəsmisi Ana Karla Maçado Lopes ilə görüşüb və turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Nağıyev həmçinin BƏƏ-nin iqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri ilə ikitərəfli əlaqələri müzakirə edib.

Qeyd edək ki, sessiyada təşkilatın yeni baş katibi Şaixa Əl Novais təsdiqlənib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?