03 may
Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
Təhlil.az xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.
Milli Konservatoriyadan faktı təsdiqləyiblər.
Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?
Eyni zamanda, əldə etdiyimiz xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Dünən