03 may

"Euronews" Şuşa və Xocalıda aşkarlanan kütləvi məzarlıqlar barədə yazı dərc edib

"Euronews" saytı Şuşa və Xocalı ərazisində aşkarlanan kütləvi məzarlıqlar barədə yazı dərc edib. 

Təhlil az xəbər verir ki, materialın başlığında "Qarabağda 20 illik kütləvi məzarlar aşkarlanıb, Azərbaycan iddia edir" sözləri qeyd olunub. Məqalədə deyilir:

"Azərbaycan hakimiyyəti Qarabağın Şuşa və Xocalı bölgələrində iki kütləvi məzarın aşkarlandığını bildirib. Məzarlarda Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş mülki şəxslərin qalıqlarının olduğu güman edilir və bəzi sübutlar onların işgəncəyə məruz qaldığını göstərir.

Cümə günü Azərbaycan rəsmiləri Qarabağda, Şuşa şəhərinin yaxınlığında və Xocalı qəsəbəsinin ətrafında iki kütləvi məzarın tapıldığını açıqlayıb. Bu məzarlarda Birinci Qarabağ Müharibəsi dövründə itkin düşmüş mülki şəxslərin qalıqlarının olduğu ehtimal edilir.

Ekspertlər ən azı yeddi nəfərə aid sümük fraqmentləri və digər qalıqlar aşkar ediblər. Tapılan sübutlar bu şəxslərin ölümlərindən əvvəl işgəncəyə məruz qaldıqlarını göstərir. Mülki şəxslərin təxminən 25 il əvvəl hadisə yerində dəfn edildiyi düşünülür.

Şuşa yaxınlığında aşkarlanan ikinci məzarda isə ən azı beş nəfərə aid qalıqlar tapılıb. Qarabağ, Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı kütləvi qətllərin yaşandığı bölgə olub."

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?