Bu gün

Vaşinqtonda C5+1 Zirvə Görüşü keçirildi

ABŞ paytaxtı Vaşinqtonda Mərkəzi Asiya ölkələri və ABŞ arasında C5+1 formatında Zirvə Görüşü keçirilib.

Təhlil.az xəbər verir ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və Mərkəzi Asiya respublikalarının liderləri iştirak ediblər.

Görüş zamanı tərəflər iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Prezident Tramp çıxışında “Şərqlə Qərbi birləşdirən bir bölgənin strateji əhəmiyyətinə” diqqət çəkərək, Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın ABŞ üçün prioritet istiqamət olduğunu vurğulayıb.

Zirvə Görüşünün yekununda əməkdaşlığı gücləndirməyə yönələn bir sıra çoxtərəfli sənədlər imzalanıb.

Görüşdən əvvəl Donald Tramp Mərkəzi Asiya respublikalarının liderləri ilə ayrıca ikitərəfli danışıqlar da aparıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?