02 may
“İşə düzəldəcəyəm” deyib 10 min aldı

Mingəçevirdə vətəndaşı dövlət qurumunda işə düzəltmək vədi ilə aldadaraq 10 min manatını ələ keçirən şəxs saxlanılıb.
Təhlil.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olan müraciət əsasında keçirilən əməliyyat zamanı 39 yaşlı Rəvan Abdullayev tutulub. O, bir qadına saxta vədlər verərək onu işə düzəldəcəyini deyib və həmin şəxsdən 10 min manat alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Polis, R.Abdullayevin digər oxşar əməllərinin də istisna olunmadığını bildirir və zərərçəkmişlərin müraciət etməyə çağırır.
Dünən