02 may

AVF-də dəyişiklik: Zaur Axundov Mədət Quliyevi əvəz etdi

Bu gün keçirilən növbədənkənar ümumi yığıncaqda “Silk Way” Şirkətlər Qrupunun rəhbəri Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının (AVF) yeni prezidenti seçilib.

Təhlil.az xəbər verir ki,  tədbir Gənclər və İdman Nazirliyində baş tutub.

Nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq uğurlar arzulayıb, AVF-nin baş katibi Elnarə Musayeva isə hesabatla çıxış edib. Federasiyaya rəhbərlikdən istefa verən Mədət Quliyev çıxışında idmanın inkişafı üçün gördüyü işləri vurğulayıb və yeni rəhbərliyə uğurlar diləyib.

Sahib Ələkbərov birinci vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov isə vitse-prezidentlər seçiliblər. İcraiyyə Komitəsinə Rəşad Gülmaliyev, Emin Mustafayev və Albert Pitersma daxil olub.

Yeni prezident Zaur Axundov etimada görə təşəkkür edərək, velosiped idmanının inkişafı üçün səylə çalışacağını bildirib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?