31 oktyabr

İran səfiri: İqtisadi münasibətlərimiz üçün yeni imkanlar açılacaq

İranın Azərbaycandakı səfiri son 35 ildə bölgə işğal altında olduğu müddətdə Azərbaycanın Naxçıvana çıxış üçün İran ərazisindən istifadə etdiyini qeyd edib. Təhlil.az xəbər verir ki, diplomatik korpusla birlikdə Zəngilana səfər edən səfir Müctəba Dəmirçilu bildirib:

"İndi sərhədin o biri tərəfinə baxsanız, yük maşınlarının və avtobusların hərəkət etdiyini görəcəksiniz. Eyni zamanda, İranda yeni imkanlar yaratmaq üçün oxşar tikinti işləri aparılır. Növbəti aylarda yeni Ağbənd-Kələlə keçid məntəqəsi açılacaq və bu da nəqliyyat və tranzit sahələri də daxil olmaqla iqtisadi münasibətlərimiz üçün yeni imkanlar açacaq".

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?