01 noyabr

ABŞ-də “JetBlue” təyyarəsi təcili eniş edib: 15 sərnişin xəsarət alıb

 

ABŞ-nin Florida ştatında “JetBlue” aviaşirkətinə məxsus sərnişin təyyarəsi hündürlüyün qəfil azalması səbəbindən təcili eniş etməli olub.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində 15 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məlumata görə, “Airbus A320” tipli təyyarə Meksikanın Kankun şəhərindən ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinə uçuş həyata keçirirdi.

162 yerlik təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb, təyyarə isə istismardan çıxarılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?