02 may
Maaş və təqaüdləri istədiyimiz bankdan nə vaxt ala biləcəyik? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB), əməkhaqqı və sosial ödəniş kartları üzrə sərbəst bank seçimi məsələsinə dair açıqlama verib.
Təhlil.az xəbər verir ki, bankdan bildirilib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin həyata keçirilməsi davam edir.
Mərkəzi Bank təqaüdçülər və dövlət büdcəsindən maaş alan şəxslərin vəsaitlərini almaq üçün özlərinə uyğun bankı sərbəst seçə bilməsi üzərində işləyir.
Yeni modelin əsas məqsədi vətəndaşlara xidmət göstərən bankı azad şəkildə seçmək imkanı vermək, banklar arasında rəqabəti artırmaq, müştəri yönümlü xidmətlərin təkmilləşdirilməsini təşviq etməkdir.
Hazırda bu məsələ ilə bağlı aktiv müzakirələr gedir və yaxın gələcəkdə konkret addımlar atılması gözlənilir.
Dünən