01 may

Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.

Təhlil.az xəbər verir ki, görüşdə 44 günlük müharibəsindəki şanlı Zəfərimiz, Vətən oğullarının qəhrəmanlığından danışılıb, qəhrəmanlar yetişdirən analara minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?