01 may

Elxan Cəfərov Kino Agentliyinə müşavir təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Elxan Pərviz oğlu Cəfərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.

insanoid.com

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?