Avtobus "Land Cruiser"lə toqquşub

"BakuBus" MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb".
Təhlil.az xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Avtobusu idarə edən sürücü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə onlar operativ şəkildə 10 nömrəli müntəzəm marşrut xəttinə məxsus digər avtobusa yönləndiriliblər və marşrut xəttinin qrafiki qısa müddətə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır", - deyə Ə. Əliyeva qeyd edib.
Oxu.az