Həccə gedənlər cərimə və deportasiya oluna bilər - XƏBƏRDARLIQ

Bu il Həcc ziyarəti qaydalarına əməl etməyənləri ağır sanksiyalar gözləyir.
Təhlil.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmi olaraq açıqlayıb ki, icazəsiz Məkkəyə daxil olmağa cəhd edən şəxslərə 20 min rial (təxminən 5 300 dollar) məbləğində cərimə tətbiq olunacaq. Üstəlik, bu şəxslərə 10 il ölkəyə giriş qadağası qoyulacaq.
44 gün qüvvədə olacaq yeni qaydalar yalnız ziyarətçiləri deyil, onlara kömək edənləri də hədəfə alır. İcazəsiz həccə gedənlərə dəstək verənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimələnəcək.
Bununla yanaşı, icazəsiz ziyarətçiləri daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulacaq.
Əcnəbi vətəndaşlar isə deportasiya ediləcək və 10 il müddətinə Səudiyyə Ərəbistanına giriş hüququnu itirəcəklər.
Səudiyyə hakimiyyəti bu sərt tədbirlərlə Həcc zamanı nizam-intizamı qorumağı və ziyarətin təhlükəsizliyini təmin etməyi hədəfləyir.