Bu gün
Dünyanın ən böyük aysberqi A23a daha bir hissəsini itirib

Dünyanın ən böyük aysberqi A23a daha 20% kiçilib.
Təhlil.az xəbər verir ki, Arktika və Antarktika Tədqiqat İnstitutunun mətbuat xidmətinin məlumatına əsasən, böyük bir buz parçası aysberqdən qopub.
Hazırda A23a-nın sahəsi 1423 kvadrat kilometrdir və o, hələ də dünyanın ən böyük aysberqi olaraq qalır.
İnstitut əlavə edib ki, aysberq hazırda Cənubi Corciya adasından 130 kilometr şimalda yerləşir.
Alimlərin proqnozuna görə, buz bloku küləyin və yerli cərəyanların təsiri altında parçalanaraq şimala doğru hərəkətini davam etdirəcək.
Xatırladaq ki, A23a 1986-cı ildə Filçner Buz Şelfindən qopub. Yarandığı vaxt onun sahəsi 4170 kvadrat kilometr olub.