12 sentyabr

ABŞ 300 koreyalı işçini deportasiya etdi

ABŞ-də miqrantlara qarşı keçən həftə keçirilən əməliyyat zamanı saxlanılan 300-dən çox Cənubi koreyalı bu gün çarter reysi ilə vətənə qaytarılıb

Təhlil.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Məlumatda bilirilir ki, onlar sentyabrın 4-də Savannah yaxınlığında, “Hyundai”ın böyük avtomobil zavodunun kampusunda tikilən batareya fabrikində saxlanılan 475 nəfər arasında olublar.

Bəzi koreyalı işçilərin əlləri, ayaqları qandallı videoalarının yayılması və onların həbs edilməsi  ABŞ-nin əsas müttəfiqlərindən olan Cənubi Koreyada böyük etirazlara səbəb olub.

Qeyd olunur ki, geri qaytarılan 330 nəfərdən 316-sı Cənubi Koreyalı, qalanları isə Çin, Yaponiya və İndoneziya vətəndaşlarıdır.

Onlar Atlanta şəhərindən təxminən 460 kilometr cənub-şərqdə yerləşən Folkston miqrasiya saxlanma mərkəzində saxlanırdılar.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?