Dünyanın ilk süni intellekt naziri fəaliyyətə başlayıb

Albaniya Baş naziri Edi Rama dünyada ilk dəfə olaraq süni intellekt əsasında yaradılmış virtual naziri – Diellanı təqdim edib.
Təhlil.az xəbər verir ki, o, dövlət satınalmalarına nəzarət etmək məqsədilə hökumətin rəqəmsal üzvü kimi fəaliyyət göstərir.
Bu gün isə Diella öz fəaliyyətini daha da genişləndirərək ilk rəqəmsal hesabatını təqdim edib. Nazir dövləti satınalmalarında şəffaflığı artırmaq üçün süni intellekt alqoritmləri vasitəsilə qiymət müqayisələri aparıb.
Diella artıq Albaniyanın rəsmi elektron xidmət platforması e-Albania üzərindən analitik alətlərdən istifadə edir və insan müdaxiləsini minimuma endirir.
Yenilik Albaniyada və beynəlxalq mediada böyük rezonans doğurub. Xüsusilə, Diella-nın obyektivliyi və səmərəliliyi geniş müzakirələrə səbəb olub.