Bu gün
Zelenski Rusiya dronlarının Polşa üzərində təxribatını pislədi

Foto: president.gov.ua
Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti ilə birgə mətbuat konfransında Rusiyanın Polşanın hava məkanını pozmasını Kreml tərəfindən məqsədyönlü təxribat adlandırıb. Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Moskva bu hərəkətlə Ukraynanın müttəfiqlərinin hazırlığını və reaksiyasını sınaqdan keçirir, həmçinin onların öz tərəfdaşlarına Hava Hücumundan Müdafiə (HHM) sistemlərini verməməli olduqlarına inandırmağa çalışır.
Ukrayna lideri vurğulayıb:
"Onlar nümayiş etdirirlər ki, sizə hücum edə bilərlər, buna görə sizə HHM sistemləri lazımdır. Bu, Putinin planına çox oxşayır".
Hadisə Avropa təhlükəsizliyi və NATO-nun regiondakı hazırlığı üçün ciddi xəbərdarlıqdır.
Bu gün