Bu gün
Tokioda ildırım düşməsi təyyarələrin havaya qalxmasına mane olur

Tokio hava limanına ildırım düşdüyü üçün təyyarələr havaya qalxa bilməyib.
Təhlil.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Nəşr bildirir ki, hadisə Haneda hava limanında baş verib.
Mütəxəssislərin fikrincə, hava şəraiti normallaşdıqdan sonra hava limanının fəaliyyəti bərpa olunacaq.
Hadisənin əlavə təfərrüatları məlum deyil. Hava limanını ildırım vurması nəticəsində həyatını itirən və yaralananlar barədə məlumat verilmir.
Bu gün