Bu gün

Fransada etirazlarda 521 nəfər həbs olunub

Sentyabrın 10-da Fransada keçirilən etiraz aksiyaları zamanı iğtişaşlarda iştirak etdiklərinə görə həbs olunanların sayı 521-ə çatıb.

Təhlil.az xəbər verir ki, saxlanılanlardan 251 nəfəri Parisdə həbs edilib. Onların neçə nəfərinin hələ də həbsdə saxlanıldığı açıqlanmayıb. Daha əvvəl yayılan xəbərlərdə 473 nəfərin saxlanıldığı, onlardan 339-nun həbsdə qaldığı bildirilmişdi.

Yayılan məlumatlara əsasən, aqressiv nümayişçilərlə toqquşma zamanı 13 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Fransanın daxili işlər naziri Bruno Retalleau bildirib ki, hökumət siyasətinə qarşı keçirilən aksiyalara ölkə üzrə təxminən 200 min insan qatılıb.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?