Polşanın Baş naziri: “Böyük hərbi toqquşma perspektivi yaxındır”

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulmasını şərh edərkən bildirib ki, böyük hərbi münaqişə perspektivi İkinci Dünya Müharibəsindən bəri heç vaxt olmadığı qədər yaxındır. Təhlil.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Tuskun sözlərinə görə, Rusiya və Belarus bu həftənin sonunda təcavüzkar hərbi təlimlər keçirməyə hazırlaşdığı üçün dünən gecə baş verən pozuntular təhlükəsizliyin təhdid olunduğu daha geniş mənzərənin yalnız bir hissəsidir.
"Müharibə vəziyyətində olduğumuzu söyləmək üçün heç bir əsas yoxdur... Lakin indiki vəziyyət əvvəlkilərin hamısından qat-qat təhlükəlidir", - Polşanın Baş naziri bildirib. Donald Tuskun sözlərinə görə, NATO üzvlərindən gələn ilk siqnallar vəziyyətin ciddiliyini başa düşməkdən və bu kontekstdə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyindən xəbər verir. O, Polşanın Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiyini vurğulayıb və bunun Polşanın təhlükəsizliyi üçün də əsas olduğunu qeyd edib.