Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanı Ukraynada yerləşən hədəflərə pilotsuz təyyarələrin zərbələri zamanı hava məkanını pozmaqda ittiham edən bəyanat yayıb. Təhlil.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin bəyanatında deyilir:
“Obyektlərin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Polşa Silahlı Qüvvələrinin operativ komandirinin əmri ilə qoşun yeridilib və xidmətlər vurulmuş obyektlərin yerinin müəyyən edilməsi istiqamətində fəal iş aparır. Hərbi əməliyyatın davam etdiyini vurğulayaraq insanları evdə qalmağa çağırırıq. Ən təhlükəli ərazilər Podlyask, Mazovetsk və Lubelskie voyvodasıdır. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı mövcud vəziyyətə nəzarət edir və onun tabeliyində olan qüvvələr və resurslar dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir”.
Qeyd olunur ki, Polşa Silahlı Qüvvələrinin əməliyyat komandirinin əmri ilə dərhal müdafiə prosedurları tətbiq edilib.