Bu gün
Nepal Prezidentinin iqamətgahını yandırdılar

Nepalda etirazçılar Prezident Ram Çandra Paudelin iqamətgahına daxil olaraq binanı yandırıblar.
Təhlil.az xəbər verir ki, sosial şəbəkələrdə nümayişçilər tərəfindən prezident sarayının dağıdılmasını əks etdirən görüntülər yayılıb.
Bundan əvvəl etirazçılar Katmanduda bir neçə siyasətçinin, baş nazir Puşpa Kamal Dahal, telekommunikasiya naziri Prithvi Subba Qurunq, o cümlədən, etirazlar zamanı istefa vermiş keçmiş daxili işlər naziri Rameş Lekhakın iqamətgahlarını yandırıblar.
Bu gün