İspaniya İsrailə silah satışına tam embarqo qoyur

İspaniya İsrailə qarşı siyasətini sərtləşdirir.
Təhlil.az xəbər verir ki, Baş nazir Pedro Sançez tam silah embarqosu və məhdudlaşdırıcı tədbirlər paketi elan edib.
İspaniya hökuməti başçısının sözlərinə görə, bu addım Qəzzanın mülki əhalisinə dəstək və dinc əhali arasında kütləvi itkilərin qarşısını almaq məqsədi daşıyır. Təqdim olunan təşəbbüslərin əsas elementi 2023-cü ilin oktyabrından qüvvədə olan İsraillə silah ticarətinə qadağaları rəsmiləşdirən kral fərmanı olub.
Məhdudiyyətlər silah, sursat və hərbi texnikanınsatışı və alışına şamil edilir. Əlavə tədbirlərə İsrail ordusu üçün yanacaq daşıyan gəmilərin İspaniya limanlarında yanaşmasına qadağa da daxildir.
Müdafiə materiallarının daşınması ilə məşğul olan təyyarələr üçün də hava məkanına giriş bağlanıb. Ayrı bir bənddə hökumət Qəzzada müharibə cinayətlərində və insan haqlarının pozulmasında iştirak edə biləcək şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Buraya bu cür məmurların ölkəyə girişinə qadağa daxildir və potensial olaraq məhdudiyyətlərə İsrailin baş naziri Benyamin Netanyahu və onun kabinet üzvləri daxildir.