Bu gün

Boris Consonun gizli sövdələşmələri üzə çıxdı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson istefa verdikdən sonra siyasi əlaqələrindən şəxsi maraqları üçün istifadə edib.

Təhlil.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Amerikanın Distributed Denial of Secrets qeyri-kommersiya təşkilatının məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təşkilat 2022-2024-cü illər üçün Consonun bir sıra elektron və kağız məktubları, çekləri, çıxışları və əlaqələrinə çıxış əldə edib. Nəşr bu məlumatlara əsaslanaraq belə qənaətə gəlir ki, keçmiş baş nazirin hərəkətləri etik standartlara və lobbiçilik qaydalarına zidd ola bilər.

Nəşrin məlumatına əsasən, Conson tanıdığı Səudiyyə Ərəbistanı rəsmisi vasitəsilə vəliəhd şahzadə Məhəmməd bin Salmanla əlaqə saxlamağa və ona konsaltinq şirkətinin xidmətlərini təklif etməyə çalışıb.

Bundan əlavə, o, Venesuela prezidenti Nikolas Maduro ilə görüşdən sonra Merlyn Advisors hedcinq fondundan 200 minfunt-sterlinqdən çox vəsait alıb.

Amma əvvəllər bu əlaqə üçün heç bir pul almadığını iddia edib. Həmçinin qeyd edilir ki, Conson baş nazirliyi dövründə amerikalı iş adamı və Palantir şirkətinin təsisçisi Piter Tillə qapalı görüş keçirib. Bir neçə ay sonra Palantir İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) məlumatlarını təhlil etmək üçün müqavilə əldə edib.

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?