Bu gün

İzmirdəki hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb

Dünən Türkiyənin İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb. 

Təhlil.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.  

Mənbənin məlumatına əsasən, hazırda hadisə ilə bağlı araşdırma davam edir. Daha əvvəlki məlumatda isə 9 nəfərin saxlanıldığı bildirilirdi. 

Məlumat üçün bildirək ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb. Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?