Ukraynada keçmiş nazir ölkədən gizli şəkildə qaçdı

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba prezident Volodimir Zelenskinin fərmanı ilə keçmiş diplomatlara tətbiq olunan səyahət qadağasından yayınmaq üçün ölkəni gizli şəkildə tərk edib.
Təhlil.az xəbər verir ki, bu barədə diplomat İtaliyanın "Corriere della Sera" nəşrinə açıqlamasında deyib.
“Heç vaxt düşünməzdim ki, gecə oğru kimi ölkəmdən qaçmalı olacağam. Çünki, Ukrayna hökuməti keçmiş diplomatların xaricə səfərini və rəsmi mövqedən fərqli açıqlamalarını istəmir", - deyə, o bildirib.
Kuleba qeyd edib ki, səyahət qadağasının əsas səbəbi, Zelenskinin NABU və SAP-ın işinə nəzarət etmək cəhdini tənqid etməsi olub.
O əlavə edib ki, əvvəllər tez-tez Ukrayna rəhbərliyini dəstəkləsə də, hazırda fəaliyyətini xarici mənbələr hesabına maliyyələşdirir.