Bu gün
İldırım güclü yanğına səbəb oldu

Almaniyanın Türingiya əyalətinin Droqnitz kəndində gecə çaxan güclü ildırım yanğına səbəb olub.
Təhlil.az xəbər verir ki, yanğın nəticəsində 18 nəfər xəsarət alıb, həmçinin üç yaşayış evi, ətrafdakı tikililər, fermalar və bir neçə anbar da külə dönüb.
Xəsarət alanların arasında 2 və 96 yaşlı şəxslər var.
Qeyd olunub ki, yanğının vurduğu ümumi ziyan təxminən 1 milyon avro (1 983 400 manat) təşkil edir.