Dünən

Zelenskidən vacib açıqlamalar

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüyünün Moskva tərəfindən artıq qəbul edildiyini bildirib. Təhlil.az xəbər verir ki, Zelenski deyib:

“Nəhayət ki, Rusiyadan siqnallar eşidirik. Onlar Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Təəssüf ki, bunu çox gec etdilər – hələ 2013-cü ildən belə qənaətə gəlməli idilər”.

Ukrayna lideri bildirib ki, bu reallığın indi qəbul olunması da önəmlidir.

Bununla yanaşı, Zelenski Aİ-nin Rusiya ilə enerji əlaqələrinə də toxunub: “Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün maliyyə mənbələri axtarır. Eyni zamanda, Rusiyanın Avropa ilə enerji ticarəti üçün istifadə etdiyi kanalların ardınca gedirlər. Bu, ədalətli görünmür”.

O, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta ilə görüşdən sonra bildirib.