Dünən

II Elizabetin gəlini 92 yaşında vəfat edib

Böyük Britaniyada II Elizabetin gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib

Təhlil.az bu barədə Bukingem Sarayının bəyanatına istinadla xəbər verir.

"Bukingem Sarayı Əlahəzrət Kent hersoginyasının vəfatını dərin hüznlə elan edir", - sarayın bəyanatında deyilir.

Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Xatırladaq ki, II Elizabeti 2022-ci ilin sentyabrın 8-də 96 yaşında vəfat edib.