Melaniya Tramp xəbərdarlıq etdi: Robotlar artıq aramızdadır

ABŞ-nin birinci xanımı Melaniya Tramp uzun müddət sonra cümə axşamı günü Ağ Evdə ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək deyib ki, robotlar artıq aramızdadır və bizim məsuliyyətimiz Amerikanın uşaqlarını süni intellektin idarə etdiyi dövrə hazırlamaqdır. Təhlil.az bu barədə BBC-nin məlumatına istinadla xəbər verir.
“Bizim gələcəyimiz artıq elmi fantastika deyil. Bu erkən mərhələdə AI-yə uşaqlarımız kimi davranmaq - imkanlar vermək, həm də diqqətlə istiqamətləndirmək bizim məsuliyyətimizdir”, - deyə Tramp qeyd edib.
Bu ilin əvvəlində yaradılmış Ağ Evin süni intellekt təhsili üzrə işçi qrupunun iclası olan tədbir, ərinin Ağ Evə qayıtmasından sonra müəmmalı, lakin nüfuzlu bir fiqur kimi ortaya çıxan birinci xanımın bir neçə ictimai çıxışlarından biri sayılır.